Modern.az

Kliniki Tibbi Mərkəzdə yeni təyinat

Kliniki Tibbi Mərkəzdə yeni təyinat

11 Fevral 2022, 15:24

Uroloq-androloq İsmayıl Hüseynov Kliniki Tibbi Mərkəzdə fəaliyyətini davam etdirəcək.

 

Mərkəzdən Modern.az-a verilən xəbərə görə, Dr. İsmayıl Hüseynov Urologiya şöbəsinin həkim uroloq-androloqu vəzifəsinə təyin olunub.

 

İ.Hüseynov 1990-cı ildə Şirvan şəhərində anadan olub. Orta təhsilini Mingəçevir şəhər 7 saylı məktəbdə başa vurub. 2008-2014-cü illərdə Azərbaycan Tibb Universiteti Müalicə və profilaktika fakültəsində təhsil alıb. 2014-2019-cu illərdə Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında “Urologiya” ixtisası üzrə rezidentura təhsilini davam etdirib.

 

2016-cı ildə Türkiyənin Harran Universitetində “uroloji ana bilim dalı enduorologiya” kursunu uğurla başa vurub.

 

2019-2020-ci illərdə Almaniyanın Herne şəhərində Evangelisches Krankenhaus/Deutschland Universitetində tibbi praktika keçib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir