“Bir dəfə “5 qəpik” kampaniyası başladı və bu hamıya nümunə oldu. İndisə belə bir kampaniyaya başlamaq niyyətində deyiləm. Bir dəfə ideya verib nümunə göstərmişəm. Qoy indi başqaları bu işlə məşğul olsun. Çox güman ki, bu dəfə ianəni Demokratiyaya Yardım Fondu toplayacaq”, – deyə fəal Bəxtiyar Hacıyev Modern.az-a bildirib.
B. Hacıyev bu sözləri Fəvvarələr Meydanında keçirilən son aksiyada saxlanan gənclərə oxunmuş hökmü şərh edərkən söyləyib. Aksiyada tutulan gənclərin bir qismi cərimələnərək azadlığa buraxılıb, bir neçə nəfər barəsində isə məhkəmənin hökmü ilə həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, yanvarın 12-də keçirilən “Əsgər ölümlərinə son” aksiyasına görə məhkəmə tərəfindən cərimələnən şəxslərin pullarını ödəmək üçün “5 qəpik” aksiyası keçirilmiş və ianə hesabına gənc fəalların cərimələri ödənmişdi.
Aqşin Kərimov