Modern.az

“Qarabağ”ın sabahkı oyununa 25 min bilet satılıb 

“Qarabağ”ın sabahkı oyununa 25 min bilet satılıb 

Aktual

18 İyul 2022, 13:52

Ağdamın “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İsveçrənin “Sürix” komandası ilə ev oyununa bilet satışı davam edir.
 

Modern.az xəbər verir ki, iyulun 19-u Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüşə artıq 25 mindən çox bilet satılıb.


Qeyd edək ki, oyun saat 20:00-da başlayacaq. Komandalar arasında cavab görüşü 1 həftə sonra İsveçrədə olacaq.

"Sürix"in futbolçuları artıq Bakıya gəlib. Rəqib bu gün axşam saatlarında məşqə çıxacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik