Modern.az

İsmət Abasov 7 rayonun şikayətçilərini qəbul edəcək

İsmət Abasov 7 rayonun şikayətçilərini qəbul edəcək

Aktual

28 Mart 2013, 17:28



Kənd Təsərrüfatı naziri İsmət Abasov Salyan rayonunda vətəndaşlarla görüşəcək. Bu barədə Modern.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, İsmət Abasov aprel ayının 5-də saat 11:00-da Salyan rayonunda Salyan, Sabirabad, Hacıqabul, Saatlı, Biləsuvar, Neftçala, Cəbrayıl rayonlarının sakinləri ilə görüşəcək.

Görüşdə iştirak etmək istəyən vətəndaşların qeydiyyatı və Salyan rayonuna gəlmələrinin təşkili Salyan Ərazi Kənd Təsərrüfatı İdarəsi tərəfindən həyata keçiriləcək.   Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!