Modern.az

Putinin qızı barədə yeni xəbər yayılıb

Putinin qızı barədə yeni xəbər yayılıb

İqtisadiyyat

10 Aprel 2013, 12:37


Hollandiya mətbuatı Rusiya prezidenti Vladimir Putin haqqında maraqlı bir informasiya dərc edib. Modern.az-ın məlumatına görə,həmin informasiyada bildirilir ki, Putin Hollandiyaya səfəri zamanı orada öz oğlan dostu ilə yaşayan bir qızı ziyarət edib.
Məlumata əsasən, Rusiya prezidenti V.Putinin qızlarından biri Marlarita Putina Hollandiyada yaşayır, hətta onun yaşadığı ünvan belə, dəqiqliklə bilinib.
Putinin Hollandiyaya səfərinə qədər bu barədə heç bir informasiya yox idi. Mariya Putinanın həmin ünvanda yaşaması barədə isə xəbər onunla qonşuluqda yaşayan sakinlər tərəfindən də təsdiqlənib. Onların sözlərinə görə, binanın ətrafında hər zaman cangüdənlər olur. Mariya Putina isə burada Niderlandlı bir oğlan dostu ilə yaşayır. Qonşular qızla oğlanı hərdən həyətdə və bəzən də supermarketdə gördüklərini bildiriblər.

Qeyd edək ki, Vladimir Putinin iki qızı var və onlar barədə məlumatlar məxfi saxlanılır..


Günəş Fərhadlı  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı