Modern.az

İlham Əliyev Praqada Paşinyanla görüşəcək

İlham Əliyev Praqada Paşinyanla görüşəcək

Ölkə

5 Oktyabr 2022, 17:09

Çexiyanın paytaxtı Praqa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.

 

Onun sözlərinə görə, dördtərəfli görüş sabah Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tutacaq.

 

Qeyd edək ki, avqustun 31-də Belçika Krallığının paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir