Modern.az

Moldovanın Baş naziri Azərbaycana gələcək

Moldovanın Baş naziri Azərbaycana gələcək

Aktual

7 Oktyabr 2022, 12:50

Oktyabrın 10-11-də Moldovanın Baş naziri Natalya Qavrilitsa Azərbaycana rəsmi səfər edəcək.

 

Modern.az xəbər verir ki, Natalya Qavrilitsa Azərbaycanda bir sıra rəsmi görüşlərdə iştirak edəcək, həmçinin iki ölkənin iş adamlarının iştirakı ilə keçiriləcək Sahibkarlar Forumuna qatılacaq.

 

Görüşlərdə əsas müzakirə mövzuları investisiya, enerji sahəsində əməkdaşlığın gücləndirilməsi, Azərbaycandan təbii qazın idxalı imkanları olacaq.

 

Qeyd edək ki, hazırda Moldova ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 50-yə yaxın müqavilə mövcuddur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok