Modern.az

Yaxın vaxtlarda birgə universitetin təməli qoyulacaq

Yaxın vaxtlarda birgə universitetin təməli qoyulacaq

Təhsil

27 Oktyabr 2022, 16:00

Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması istiqamətində işlər davam edir.

 

Bunu Modern.az-a açıqlamasında Yunus Əmrə İnsitutunun rektoru Selçuk Karakılıç deyib.

 

Türkiyəli rektor bildirib ki, yaxın zamanda birgə universitetin təməli qoyulacaq:

 

“Təxminən 1 il sonra birgə universitetlə bağlı bəzi məsələlər öz müsbət həllini tapacaq. Hər il Azərbaycandan Türkiyəyə təxminən 5 mindən çox tələbə təhsil almağa yollanır. Onların böyük əksəriyyəti tibb, mühəndislik və hüquq fakültələrinə üstünlük verirlər. İstanbul, Ankara və İzmir kimi şəhərlərdə yerləşən universitetləri daha çox seçirlər. Bu günə kimi 28 min tələbə Azərbaycandan Türkiyəyə oxumaq üçün yollanıb. Türkiyədən də gəlib Azərbaycanda təhsil alan xeyli sayda tələbə var”.

 

 

Rektor, həmçinin vurğulayıb ki, Ukraynada müharibə başlayandan sonra həmin ölkədən Türkiyəyə oxumağa gələn tələbələrin sayında artım müşahidə olunur: “Ukraynadakı kimsəsiz uşaqları Türkiyə öz himayəsinə alıb. Hazırda həmin uşaqlar Antalyada təhsil alırlar”.

 

Qeyd edək ki, Azərbaycan-Türkiyə birgə universiteti paytaxt Bakıda açılacaq. Daha sonra filialları Gəncə və Şuşada açıla bilər. Türkiyədəki Ali Təhsil Şurası Azərbaycanda açılacaq birgə universitetlə bağlı yüksək səviyyədə hazırlıqlar aparıb. 

 

Bundan öncə yayılan xəbərlərdə bildirilirdi ki, 2023-cü ildə Türkiyənin müstəqilliyinin 100-cü ildönümündə birgə universitetin açılması nəzərdə tutulur.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi