Modern.az

Birinci xanımın təşəbbüsü mayın 7-də müzakirə olunacaq

Birinci xanımın təşəbbüsü mayın 7-də müzakirə olunacaq

Aktual

30 Aprel 2013, 12:05

Modern.az saytı xəbər verir ki, Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyeva amnistiya təşəbbüsü ilə Milli Məclisə  müraciət edib.

Bu barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında məlumat verilib. Komitə sədri Əli Hüseynli bildirib ki, Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisin gündəliyinə daxil edilən Amnistiya aktı müzakirə olunacaq. Amnistiya aktı təşəbbüsü Azərbaycanın mərhum dövlət başçısı Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə bağlıdır.

Komitə sədrinin sözlərinə görə, Amnistiya aktı Milli Məclisin mayın 7-də keçirilən iclasında müzakirə olunacaq.


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir