Modern.az

Bayram günü müəllimi döydülər

Bayram günü müəllimi döydülər

Aktual

27 Noyabr 2022, 15:22

Türkiyədə bədən tərbiyəsi müəllimi Murat Atay Müəllimlər Günündə şagirdlərindən birinin valideyni tərəfindən döyülüb.

 

Modern.az xəbər verir ki, hadisə Türkiyənin Samsun vilayətinin Çarşamba qəsəbəsində baş verib.

 

Məktəbin həyətində şagirdlərdən birinin valideyni ilə müəllimin sözləri çəpləşib. Nəticədə şagirdin atası və əmisi bədən tərbiyəsi müəlliminin bayramını təpik və yumruqla "təbrik" ediblər.

 

Faktla bağlı araşdırma aparılır. Müəllimi döyən şəxslər saxlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok