Modern.az

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq

Aktual

28 Noyabr 2022, 13:30

Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda qeyd olunub.

 

Sərəncama əsasən, icraçı orqanlar Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Mərkəzi Bankı (tövsiyə olunur) müəyyənləşib.

 

Qızıl sikkələr 2023-cü il fevral–may aylarında hazırlanmalıdır.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik