Modern.az

Hindistanın baş naziri Putinlə görüşdən niyə imtina etdi...

Hindistanın baş naziri Putinlə görüşdən niyə imtina etdi...

Aktual

10 Dekabr 2022, 12:36

Hindistanın baş naziri Narendra Modi Ukrayna ilə bağlı Putinlə görüşməkdən imtina edib

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" məsələdən xəbəri olan yüksək vəzifəli məmura istinadən məlumat yayıb.

Agentliyin həmsöhbətinin sözlərinə görə, Modi “Ukraynada nüvə silahından istifadə ilə bağlı təhdidlərdən” sonra Putinlə görüşdən imtina edib.

Mənbə qeyd edib ki, indiki mərhələdə Rusiya ilə dostluq etmək Hindistanın baş naziri üçün sərfəli olmaya bilər.

Bundan əvvəl Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib ki, Putin ilin sonuna qədər Modi ilə görüşməyi planlaşdırmır.

Rusiya prezidenti Vladimir Putin daha əvvəl demişdi ki, Moskva nüvə silahını müdafiə vasitəsi və cavab zərbəsi vurmaq imkanı hesab edir. O, nüvə təhlükəsinin artdığını da vurğulamışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok