Modern.az

Vüqar Qurbanov həkim çatışmazlığından DANIŞDI

Vüqar Qurbanov həkim çatışmazlığından DANIŞDI

Aktual

20 Dekabr 2022, 12:28

Bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrində kadr çatışmazlığının aradan qaldırılması üçün islahatlar aparılır.

 

Modern.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

 

O qeyd edib ki, bununla bağlı xaricdə təhsil almış Azərbaycan vətəndaşı olan həkimlərin ölkəyə geri qayıtması, Bakı və regionlarda əhaliyə tibb xidmət göstərməsi üçün addım atılıb:

 

"Bu il 60-a yaxın Türkiyə və digər xarici ölkələrdə təhsil almış azərbaycanlı həkimlər artıq ölkəmizdə fəaliyyət göstərir. Bu layihə növbəti illərdə də davam edəcək. Regionlarda fəaliyyət göstərən xəstəxanaların vəziyyəti qənaətbəxşdir. Onların yeni avadanlıqlarla təmin olunması davam edir. Kadr çatışmazlığın aradan qaldırmaq üçün də işlər görülür. Bir çox xidmətlər Bakı, Sumqayıt, Gəncədə cəmləşib".

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok