Modern.az

Vasif Talıbova saxta diplomu Misir Mərdanov verib?

Vasif Talıbova saxta diplomu Misir Mərdanov verib?

Təhsil

22 Dekabr 2022, 15:18

Milli Məclisin deputatı Etibar Əliyev Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovla bağlı şok iddia ilə çıxış edib. E.Əliyev özünün sosial şəbəkə hesabında keçmiş sədri savadsızlıqda ittiham edərək onun saxta diplom aldığını yazıb. 

 

Modern.az xəbər verir ki, E.Əliyev Naxçıvan Ali Məclisinin iclas zalının görüntülərini kolxoz klubları ilə müqayisə edib.

 

"Naxçıvan Ali Məclisinin iclas zalının görüntüləri yayıldı. Kolxoz klublarına oxşayırdı. Kreslolarda yazı masası belə qadağan edilib. Zalın qabitusundan görünür ki, çıxışlar üçün tribuna yoxdur. Səsvermə də unikaldır - əl qaldırma üsulu ilə həyata keçirilirmiş. Əkə elə- belə XXl əsrə (iks, iks, bir əsri) demirmiş. Başqa bir məzhəkə, Naxçıvanda oturub BDU- da 2-ci təhsil - “Hüquq” təhsili (38 yaşında) “alıb”. Diplomunu aparıb elə həmən Məclisdə təqdim ediblər", - deputat vurğulayıb.

 

Qeyd edək ki, 1960-cı ildə Naxçıvanda doğulan Vasif Talıbov BDU-da hüquqşünas ixtisası üzrə ikinci təhsil alıb və 1998-ci ildə ali məktəbi bitirib. V.Talıbov həmin illərdə Azərbaycan Milli Məclisinin deputatı və Naxçıvan Ali Məclisinin sədri olub.

 

Yenisabah-ın məlumatına görə, həmin vaxt BDU-nun rektoru sabiq təhsil naziri Misir Mərdanov olub. V.Talıbov saxta diplomu M.Mərdanovun rektor işlədiyi dövrdə alıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi