Modern.az

TÜRKPA nümayəndə heyəti Qərbi Azərbaycan İcmasında

TÜRKPA nümayəndə heyəti Qərbi Azərbaycan İcmasında

Qərbi Azərbaycan

7 Mart 2023, 14:52

Qərbi Azərbaycan İcmasında TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının nümayəndə heyəti ilə görüş keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə çıxış edən İcmanın İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli qonaqları salamlayaraq onlara Qərbi azərbaycanlıların keşməkeşli tarixçələri, ötən əsr boyunca dörd dəfə deportasiya olunmaları, soyqırımlara uğraması barədə məlumat verib. Əziz Ələkbərli İcmanın məqsədləri və fəaliyyət istiqamətləri barədə də danışıb.

 

Ə. Ələkbərli TÜRKPA-nın təsis edilməsi barədə 2008-ci il İstanbul Sazişinin məqsədlərinə uyğun olaraq, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların hüquqları və onların mədəni irsi məsələsinin Assambleyanın gündəliyinə gətirilməsinin faydalı ola biləcəyini qeyd edib.

 

Daha sonra İcmanın Ağsaqqallar Şurasının və TÜRK PA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri, deputat Əhliman Əmiraslanov İcmanın TÜRKPA-nın fəaliyyət sahəsi üçün maraqlı olduğunu qeyd edib.

TÜRKPA-nın nümayəndə heyətinin üzvləri İcma ilə tanışlıqdan məmnun olduqlarını, yaşananların Türk dünyası üçün ağrılı bir səhifə olmasını vurğulayaraq bu istiqamətdə Qərbi azərbaycanlılara mənəvi dəstək verəcəklərini bildiriblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!