Modern.az

Neftin büdcə qiyməti artırılacaq? - Rəsmi açıqlama

Neftin büdcə qiyməti artırılacaq? - Rəsmi açıqlama

İqtisadiyyat

17 Mart 2023, 17:24

Biz proqnozları həmişə üç formatda hesablayırıq.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov bildirib.

 

Baş nazir vurğulayıb ki, bunlar baza, optimal və pessimist formadadır.

 

"Qeyri-neft sənayemiz artmağa başlayıb, neft sənayemiz isə azalıb. Bu il biz neft qiymətini 50 dollardan götürmüşük. May ayında daha da artacağını gözləyirik. Bu 3 üç ay ərzində 4 milyard mədaxil daxil edilib. Biz son illər neft qiymətini konservativ olaraq 50 dollar götürürük. Ötən il ÜDM 89-dan 115 milyard dollara qalxıb. Bu il də gözləntilərimiz daha yüksəkdir”, - deyə Əli Əsədov qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir