Modern.az

SEPAH komandanı Azərbaycanla sərhədə GƏLDİ 

SEPAH komandanı Azərbaycanla sərhədə GƏLDİ 

Dünya

24 Mart 2023, 00:10

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı Sərdar Məhəmməd Pakpur Ermənistan və Azərbaycan sərhədlərinə səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

 

Bildirilib ki, general sərhəddə hərbçilərlə söhbət edib, onların döyüş hazırlığının səviyyəsini və mənəvi-psixoloji vəziyyətini qiymətləndirib.

 

"Biz maksimum ayıq-sayıq və hazır olmalıyıq. Bu məsələlərə hər zaman ciddi diqqət yetirməliyik", - SEPAH generalı deyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok