Modern.az

Rusiyanı tərk edin! - ABŞ-dan təcili çağırış

Rusiyanı tərk edin! - ABŞ-dan təcili çağırış

Dünya

30 Mart 2023, 21:45

Dövlət Departamenti ABŞ vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Departamentin açıqlamasında qeyd olunub.

 

Buna səbəb ABŞ vətəndaşı olan jurnalistin Rusiyada saxlanılmasıdır.

 

“Rusiyada olan və ya bu ölkəyə gedən ABŞ vətəndaşları dərhal ölkəni tərk etməlidirlər”, - Dövlət Departamentinin bəyanatında deyilir.

 

Qeyd edək ki, bu gün "Wall Street Journal" qəzetinin jurnalisti Evan Qerşkoviçi Rusiyada casusluq ittihamı ilə həbs olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok