Modern.az

Erməni bandit qrupları arasında toqquşma

Erməni bandit qrupları arasında toqquşma

5 Aprel 2010, 15:11

Ermənilər terrorçu mahiyyətlərini Los-Angelesdə də göstərdilər. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, Los Angelesin Şimali Hollivud əyalətindəki “Xot Spot” kafesində erməni bandit qrupları  arasında toqquşma olub. Naməlum şəxs kafeyə daxil olaraq 4 nəfəri güllələyib. Daha iki nəfər isə yaralı halda xəstəxanaya çatdırılıb, onların vəziyyətinin kritik olduğu bildirilir.

Ölən və yaralıların 20 -30  yaş arasında olduğu qeyd olunur. Polis qırğın  törətmiş şəxsin aradan çıxdığını bildirib. Erməni mətbuatı ilkin məlumatlarında hadisəni törədənin erməni  millətinin nümayəndəsi kimi qələmə verildiyini iddia edib.  Lakin Los Angeles polisi həlak olanların erməni olduğunu təsdiqləyib. Öldürülənlərin adları Arut Baburyan (38 yaş), Sərqis Karacyan (26 yaş), Vardan Tofalyan (31 yaş), Ayk Yeqnanyan (25 yaş)dır. Yerli polis xəbər verib ki, qətli törədən də ermənidir. Bütün öldürülənlərin bir cinayətkar dəstənin üzvü olduğu qeyd olunur.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi