Modern.az

Taekvondoçumuz dünya çempionatında 1/8 finala yüksəldi

Taekvondoçumuz dünya çempionatında 1/8 finala yüksəldi

İdman

4 İyun 2023, 11:53

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında son günün döyüşləri keçirilir.

 

Modern.az xəbər verir ki, mundailda bu gün qadınlarda 53 kq, kişilərdə +87 kq çəki dərəcələrində mükafatçılar bəlli olacaq.

 

Millimizin heyətində Həmidrza Bədriəliabadi çempionata qələbə ilə başlayıb. O, 1/16 finalda Nouhum Diavaranı (Mali) 2:1 hesabı ilə məğlub edib. Taekvondoçumuz ikinci qarşılaşmasında fransalı Omar El Yazidini sınağa çəkəcək.

 

Digər yığma üzvü Səmərrux Osmanova 1/16 finalda Mariella Bou Habib (Livan) ilə üz-üzə gəlib. 1:2 hesabı ilə uduzan təmsilçimiz yarışla vidalaşıb.

 

Qeyd edək ki, dünya çempionatına 145 ölkədən 949 taekvondoçu qatılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək