Modern.az

2 həftə ərzində qərar verəcəyik - Pistorius

2 həftə ərzində qərar verəcəyik - Pistorius

5 İyun 2023, 16:54

"Almaniya Ukraynaya qırıcı təyyarələrin tədarükü ilə bağlı mövqeyinə yenidən baxa bilər".

 

Modern.az "RBK Ukraine"a istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.

 

"İndi biz yenidən düşünmə mərhələsindəyik və nəyin mümkün olduğunu, nə istədiyimizi və edə biləcəyimizi yoxlayırıq. Və düşünürəm ki, yaxın 2 həftə ərzində qərar verəcəyik", - o deyib.

 

Eyni zamanda nazir yaxın vaxtlarda “Taurus” qanadlı raketlərinin Ukraynaya ötürülməsi ehtimalını təkzib edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı