Modern.az

Priqojinin planı nə olub? - Qərb kəşfiyyatı detalları açıqladı

Priqojinin planı nə olub? - Qərb kəşfiyyatı detalları açıqladı

29 İyun 2023, 09:41

İyunun 24-də baş verən silahlı üsyan zamanı "Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojin Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu ələ keçirmək niyyətində olub.

 

Modern.az xəbər verir ki, bu barədə "Wall Street Journal" qəzeti Qərb kəşfiyyatına istinadən məlumat yayıb.

 

Nəşr qeyd edir ki, Priqojin əvvəlcə Rostov-na-Donda hər iki hərbi lideri tutmağı planlaşdırılırdı, lakin qiyama iki gün qalmış Federal Təhlükəsizlik Xidməti (FTX) plandan xəbər tutub.

 

Mənbələr deyir ki, Priqojinin planı olduqca mümkün idi, ancaq plan haqqında məlumat sızdıqdan sonra uğursuz olub, bu da "Vaqner"in rəhbərini sürətli hərəkət etməyə məcbur edib.

 

Kəşfiyyat rəsmilərinin fikrincə, "Vaqner" qüvvələrinin Rostov-na-Donu asanlıqla ələ keçirməsi onu göstərir ki, nizami Rusiya qoşunlarının ayrı-ayrı komandirləri qiyamda iştirak etmiş ola bilər.

 

Xatırladaq ki, iyunun 24-də "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib. Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında Priqojinə qarşı açılmış cinayət işinə xitam veriləcəyini, onun Belarus ərazisinə məskunlaşacağını bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir