Modern.az

Blinken devrilmiş prezidentlə telefon danışığı apardı

Blinken devrilmiş prezidentlə telefon danışığı apardı

Dünya

9 Avqust 2023, 10:50

ABŞ dövlət katibi Antoni Blinken Nigerin devrilmiş prezidenti Məhəmməd Bazumla telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, Blinken bu barədə X platformasında (tviter) yazıb.

 

“Mövcud konstitusiya böhranının sülh yolu ilə həlli naminə davamlı səylərimizi ifadə etmək üçün Niger prezidenti Bazum ilə danışdıq. ABŞ onun və ailəsinin dərhal azad edilməsinə çağırışımızı təkrarlayır”, - Blinken qeyd edib.

 

Xatırladaq ki, Bazum ötən ay çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb. O, istefa verməkdən imtina edib.

 

Bundan əvvəl çevrilişçilərlə danışıqları dövlət katibinin birinci müavini vəzifəsini icra edən Viktoriya Nuland aparıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənilər sərhəddə təxribat törətdi – İki zabit yaralandı