Modern.az

Yeni dünya qurulacaq və Türkiyə... - Kurtulmuş

Yeni dünya qurulacaq və Türkiyə... - Kurtulmuş

Dünya

9 Avqust 2023, 11:22

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş 14-cü Səfirlər Konfransında çıxış edib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı X platformasında (tviter) paylaşım edib.

 

"Sözü güclü, gücü təsirli Türkiyəni öz xarici siyasət təmayülündə inşa edəcəyik. Yeni bir dünya qurulacaq və Türkiyə burada lider rolunu mütləq alacaq", - Kurtulmuş çıxışı zamanı bildirib.

 

Kurtulmuş həmçinin Rusiyanın Ukrayna ərazilərini işğal etməsinin qəbuledilməz olduğunu vurğulayıb. Onun sözlərinə görə, müharibənin uzun müddət davam etməsi üçün çalışanlar var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok