Modern.az

ABŞ-da Ukraynanın əks-hücumu haqqında nə düşünürlər?

ABŞ-da Ukraynanın əks-hücumu haqqında nə düşünürlər?

Dünya

9 Avqust 2023, 14:22

ABŞ Ukraynanın uğurlu əks-hücum əməliyyatlarının bərpasına ümidlidir.

 

Modern.az xəbər verir ki, CNN bu qənaətə dörd yüksək vəzifəli məmurla danışdıqdan sonra gəlib.

 

“Növbəti bir neçə həftə ərzində onlar hələ də hər hansı irəliləyiş əldə etmək şansının olub-olmadığını izləyəcəklər. Lakin onlar çətin ki, bu münaqişənin balansını dəyişdirəcək nəticələr əldə edə bilsinlər", - Qərb diplomatlarından biri CNN-ə deyib.

 

Qeyd olunub ki, Ukrayna silahlı qüvvələri üçün əsas problem Rusiyanın şərq və cənubda çoxsəviyyəli müdafiə xətləri, eləcə də on minlərlə mina qoyulması olub.

 

Digər yüksək rütbəli ABŞ rəsmisi telekanala deyib ki, ABŞ Ukrayna qoşunlarının üzləşdiyi çətinlikləri qəbul edir. Onun sözlərinə görə, Vaşinqton uğurlu hücum əməliyyatlarının bərpasına ümidini saxlayır.

 

"Biz hamımız etiraf edirik ki, bu, ukraynalılar da daxil olmaqla, hər kəsin istədiyindən daha çətin və yavaş baş verir, lakin biz hələ də onların irəliləyişə nail ola bilmələri üçün vaxtın olduğuna inanırıq", - rəsmi şəxs deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu