Modern.az

Azərbaycanın 700 bal toplayan rekordçuları – FOTOLAR

Azərbaycanın 700 bal toplayan rekordçuları – FOTOLAR

Aktual

5 Avqust 2013, 17:07


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2013-2014-cü tədris ili üçün keçirilən qəbul imtahanları başa çatdı. II ixtisas qrupu üzrə avqustun 3-də bu il üçün sonuncu qəbul imtahanı keçrilib və bu gün nəticələr açıqlanıb.

Bu il cəmi 6 abituriyent test kitabçasındakı bütün 125 sualın hamısına düzgün cavab verməklə 700 bal toplayıb. Ötən illərdən fərqli olaraq bu il 700 bal toplayanların sayında artım olub.
Qeyd edək ki, ötən il qəbul imtahanlarında ən yüksək nəticə göstərənlərin sayı 5 olmuşdu. Onlar II ixtisas qrupu üzrə Qafqaz Universitetinin sənaye mühəndisliyi ixtisasına qəbul olan Orxan Səfərov, həmin qrup üzrə Qafqaz Universitetinin Dünya iqtisadiyyatı fakültəsinə daxil olan Nərgiz Məzahırqızı, III qrup üzrə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq fakültəsində təhsil alan Xeyransa Əliyeva, IV qrup üzrə yüksək nəticə göstərən Kamil Sərdarlı (hazırda Ankaranın Hacetepe Universitetində tibb təsili alır) və Kamran Həmidovdur (Trabzonun Karadeniz Universitetində tibb təhsili alır).

Bu il TQDK tərəfindən keçirilən qəbul imtahanlarında 6 nəfər maksimum nəticə əldə edərək 700 bal toplayıb.

Modern.az qəbul imtahanlarında 700 bal toplamaqlq rekorda imza atan abituriyenləri bir daha oxucularına təqdim edir. Xəbər verdiyimiz kimi, bunlardan 4-ü III ixtisas qrupunda, 2-i isə IV ixtisas qrupu üzrə imtahan veriblər. 

III ixtisas qrupu üzrə 700 bal toplayan abituriyentlər:

Bakı şəhəri 258 saylı orta məktəbin məzunu İsmayılov Məhəmməd Şahin oğlu,


Sumqayıt şəhəri Texniki və Təbiət Elmləri Liseyin məzunu Qafarova Flora Eldar qızı,


Tovuz rayonu Y.Sadıqov adına orta məktəbin məzunu Murğuzova Nərmin Sahib qızı,


Mingəçevir şəhəri 3 saylı orta məktəbin məzunu Məmmədli Nərmin Rövşən qızı,


IV ixtisas qrupu üzrə 700 bal toplayan abituriyentlər:

Bakı şəhəri, 98 saylı orta məktəbin məzunu Osman Müslümov,


Mingəçevir şəhəri 7 saylı orta məktəbin məzunu Aytən Paşazadə


I və II ixtisas qrupları üzrə 700 bal toplayan olmayıb. I ixtisas qrupunda ən yüksək nəticə 695 bal, II ixtisas qrupunda isə ən yüksək nəticə 690 bal olub.

 

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək