Modern.az

Türkiyə 100-cü ilini belə qeyd edir - FOTOLAR

Türkiyə 100-cü ilini belə qeyd edir - FOTOLAR

29 Oktyabr 2023, 17:19

Bu gün Türkiyə Respublikasının qurulmasının 100 illiyidir.

 

Xatırladaq ki, 1923-ci il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib.

 

Türkiyə Cümhuriyyətinin yaradılması Birinci Dünya müharibəsindən sonra Osmanlı dövlətini parçalayıb məhv etmək istəyənlər üzərində qələbənin nəticəsidir.

 

Hazırda  Türkiyə Cümhuriyyətinin ərazisi 783 min kv. km, əhalisi isə 86 milyondan çoxdur.

 

Bu gün Cümhuriyyət Bayramı münasibətiylə ölkənin dörd bir yanında küçələr, ticarət mərkəzləri, yaşayış binaları və s. bayraqlarla bəzədilib, dövlət əhəmiyyətli bir çox tədbir keçirilib. 

 

Modern.az Türkiyədən həmin rəngli görüntüləri təqdim edir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
https://www.youtube.com/watch?v=BF6L1nRj5_E