Modern.az

Ermənilər Tiflisdən muxtariyyət tələb edir

Ermənilər Tiflisdən muxtariyyət tələb edir

Təhsil

20 Aprel 2010, 18:16

st1:*{behavior:url(#ieooui) }

Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan ermənilər rəsmi Tiflis qarşısında yeni tələblər qoyub. Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki, separatçılar Gürcüstan hakimiyyətindən ermənilərin hüquqlarını pozmamağı tələb edir. Sərhədlər bilməyən erməni həyasızlığı bu dəfə özünü daha kəskin biruzə verir. İrəvanda Gürcüstan səfirliyi qarşısında aksiya keçirən Ermənistan Qeyri-Mühafizəkarlar Hərakatının fəalları Cavaxetiya ermənilərinin huquqlarının təmin olunması barədə Tiflis hakimiyyətinə ultiamatum veriblər.  

“Gürcüstan hakimiyyəti qarşısında konrket tələblər qoyulub. Bunlar erməni  dilinə rəsmi status dili verilməsi və Erməni Appostol Kilsəsinin bərpa olunması, Camsxe Cavaxetiya bölgəsinə müxtariyyət verilməsidir”,-deyə hərəkatın lideri Abramyan bildirib. Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti hazırda heç bir izahat olmadan Ermənistandan erməni dilli ədəbiyyatların  Cavaxetiyaya gətirilməsini əngəlləyir. “Gürcülər bu regionda yaşayan ermənilərə qarşı mədəni blokada həyata keçirir”,-deyə Abramyan bildirib. O qeyd edib ki, tələbləri Ermənistanın digər siyasi patiyaları da dəstəkləyir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok