Modern.az

Azərbaycanın nazir müavini İrəvanda erməni jurnalistlərə danışdı

Azərbaycanın nazir müavini İrəvanda erməni jurnalistlərə danışdı

13 Sentyabr 2013, 17:51


“İrəvanla Bakı arasındakı birbaşa dialoqa son qoyulmamalıdır”. Modern.az xəbər verir ki, bunu İrəvanda erməni jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquluyev bildirib. XİN rəsmisi qeyd edib ki, iki ölkə arasında vaxtilə dialoq olsa da, indi bu dayandırılıb.

“Birbaşa dialoq prosesinin baş tutması üçün ciddi hazırlıqlar lazımdır. Bu müzakirələr görüş xətrinə olmalı deyil. Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr prezidentlərdən asılıdır”-deyə M.Məmmədquluyev bildirib.

Qeyd edək ki, XİN rəsmisi İrəvanda keçirilən “Şərq Tərəfdaşlığı” ölkələrinin XİN rəhbərlərinin 3-cü qeyri-formal iclasında iştirak edib.  

Aqşin Kərimov
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
https://www.youtube.com/watch?v=BF6L1nRj5_E