Modern.az

Məscidlərə 272 nəfər din xadimi təyin edilib

Məscidlərə 272 nəfər din xadimi təyin edilib

Mədəni̇yyət

9 Dekabr 2023, 13:47

“İşğaldan azad edilmiş ərazilərimizdə tarixi-dini abidələrimizin bərpa prosesi başa çatdıqdan sonra məscidlərə din xadimləri təyin olunur. Din xadimləri Azərbaycan vətəndaşı və dini təhsili olan şəxs olmalıdır. Yalnız müsahibədən keçən şəxslər din xadimi təyinatı ala bilər”.


Modern.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Komitə sədri vurğulayıb ki, müsahibədən keçməyənlər din xadimi təyinatı ala bilməzlər.

O xatırladıb ki, hazırda işğaldan azad edilmiş ərazilərdə məscidlər bərpa olunur və ya yenidən inşa edilir.

“Cari ilin sentyabrında Şuşaya din xadimi təyin olunub. Şuşaya təyin edilmiş din xadimi əslən Şuşalı dini təhsilli şəxsdir.

İşğaldan azad edilmiş digər ərazilərdəki məscidlər tam istifadəyə verildiyi zaman həmin ərazi üzrə məsul olan qurumun müraciəti əsasında təyinatlar həyata keçiriləcək”, - deyə M. Qurbanlı əlavə edib.

Komitə sədri həmçinin qeyd edib ki, hazırda ölkə ərazisindəki digər məscidlərə də din xadimlərinin təyin edilməsi istiqamətində işlər davam edir: “Təyinat qəbul olunmuş qaydalar üzrə həyata keçirilir. Belə ki, müsahibə komissiyası indiyə qədər üç dəfə müsahibə keçirib. Ümumən qeyd olunan müsahibələrə 817 sənəd təqdim edilib və 272 nəfər uğur qazanıb”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır