Modern.az

"Xarici agent" elan olunan Maksim Qalkini o əvəzləyəcək - FOTO

Mədəni̇yyət

11 Dekabr 2023, 13:58

Rusiyanın "Birinci kanal"ında kadr dəyişikliyi edilib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, “Hamıdan yaxşı” uşaq istedad şousunun yeni aparıcısı məlum olub.

 

Belə ki, veriliş məşhur "Oryol i reşka" telelayihəsinin aparıcılarından olmuş Janna Badoyevaya həvalə olunub

 

Məlumatı çəkiliş üzrə məsul mənbələr və "Birinci Kanal"ın mətbuat xidməti təsdiqləyib. Mənbələrin məlumatına görə, yeni aparıcı ilə verilişin çəkilişləri artıq başlayıb.

 

Əvvəllər şounun aparıcısı rəssam Maksim Qalkin idi. O, Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən xarici agentlərin reyestrinə daxil edilib. 2022-ci ildə proqramın çəkilişləri dayandırılıb. Daha sonra "Birinci Kanal" efirdə ictimai-siyasi verilişlərə daha çox diqqət ayırmağı planlaşdırdıqlarını bildirib.

 

"Hamıdan yaxşı!" 3 yaşdan 12 yaşa qədər uşaqların iştirak etdiyi uşaq televiziyası istedad şousudur.

 

Qeyd edək ki, Janna Badoyeva osetin əsilli ukraynalı rejissor Alan Badoyevin keçmiş həyat yoldaşıdır. Litvada rus ailəsində anadan olan J.Badoyeva hazırda 3-cü evliliyini İtaliyada yaşayan biznesmen Vasili Melniçinlə davam etdirir. Bir vaxtlar Ukrayna vətəndaşı olan aparıcı 2023-cü il yanvarın 7-də Rusiyanın Ukraynaya müdaxiləsi üzrə "açıq şəkildə təcavüzkar müharibəyə çağıran, Rusiya Federasiyasının Ukraynaya silahlı təcavüzünü, Ukrayna ərazisinin müvəqqəti işğalını əsaslandıran və qanuni sayan” şəxslərdən biri kimi Ukraynanın sanksiya siyahısına daxil edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır