Modern.az

Alla Puqaçova Londona köçməyə hazırlaşır - SƏBƏB

Alla Puqaçova Londona köçməyə hazırlaşır - SƏBƏB

Mədəni̇yyət

13 Dekabr 2023, 14:14

Rusiya estradasının “primadonnası” Alla Puqaçova əri Maksim Qalkinlə (Rusiya Federasiyasında xarici agent kimi tanınır) Kiprin iqlimi ona uyğun olmadığı üçün Yeni ildən sonra Londona köçəcək.


Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə müğənninin dostları bildiriblər.

Onların sözlərinə görə, müğənni tez-tez səhhətindən və ürəyində yaranan problemlərdən şikayətlənir. Noyabrın sonunda Puqaçova mənzil axtarmaq üçün Londona uçub.

“Puqaçova Londonda şənliklərlə yox, şəxsi ev seçməklə məşğul idi, o, Yeni il tətilindən sonra ailəsini ora köçürməyi planlaşdırır”, – Puqaçovanın dostu “Komsomolskaya Pravda”ya müsahibəsində bildirib.

O, ulduzun övladları Harri və Lizanın Londonda təhsil almasını istədiyini qeyd edib.

Bununla belə, ürək cərrahı Sabir Aydayev qeyd edib ki, Londonun iqlimi də Puqaçovanın sağlamlığı üçün zərərlidir. Onun sözlərinə görə, Böyük Britaniya dünyanın ən rütubətli yerlərindən biridir.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır