Modern.az

ABŞ mətbuatı Qərbi Azərbaycana qayıdışdan YAZDI

ABŞ mətbuatı Qərbi Azərbaycana qayıdışdan YAZDI

Qərbi Azərbaycan

20 Dekabr 2023, 14:36

Baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında "Köçkün xalqların acınacaqlı vəziyyəti" sərlövhəli məqalə dərc olunub. 

 

Tanınmış politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın müəllifi olduğu məqalədə qeyd olunub ki, qlobal köçkünlük böhranı qorxuducu həddə çatıb, milyonlarla insan silahlı münaqişə, təqiblər və sistemli şəkildə həyata keçirilən siyasət səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb. Belə ki, 2023-cü il dekabrın 5-də Qərbi Azərbaycan İcması tərəfindən “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geriqayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda təşkil edilən beynəlxalq konfransın konseptual sənədinə görə, “sürgün edilmiş insanların öz evlərinə könüllü, təhlükəsiz və ləyaqətlə qayıtması uzunmüddətli həll yolu kimi prioritetləşdirilməlidir”.

 

Məqalədə həmçinin diqqətə çatdırılıb ki, azərbaycanlılar 1905-1906, 1918-1920 və 1948-1953-cü illərdə indiki Ermənistan ərazisindən məqsədli şəkildə qovulublar. Təkcə 1948-1953-cü illərdə 150 ​​mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki tarixi torpaqlarından kütləvi şəkildə deportasiya edilib. Onların bəziləri, xüsusilə qocalar və körpələr ağır məskunlaşma şəraitindən, əlverişsiz iqlimdən, fiziki məhrumiyyətlərdən və ruhi iztirablardan dünyasını dəyişib. Habelə SSRİ-nin dağılması ilə Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovulub. Onlardan 216-sı amansızlıqla öldürülüb, 1154-ü yaralanıb.

 

Konfransın konsepsiya sənədinə istinadən qeyd olunub ki, azərbaycanlıların vaxtilə mütləq çoxluq təşkil etdikləri Ermənistandan zorla qovulması hadisəsi böyük və görünməmiş ədalətsizlikdir. Ermənistandan qovulmuş azərbaycanlıların acınacaqlı vəziyyəti zorakılıq və insan hüquqlarının kobud şəkildə pozulması ilə səciyyələnən sistemli dövlət səyləri ilə davam etdirilən etnik təmizləmənin dəhşətli nəticələrinə nümunədir. Bu faciəli hadisələr mərhələli şəkildə, xüsusilə 1948-53 və 1987-91-ci illərdə baş verib və bu qanunsuz hərəkətlərin nəticələri hələ də həllini tapmayıb.

 

Konfransda təqdim olunan “Qayıdış Konsepsiyası”nda deyilir ki, azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə, zorakılıq, soyqırımı və insanlığa qarşı digər cinayətlər əksər hallarda dövlət orqanları tərəfindən xüsusi qəddarlıqla həyata keçirilib. 1921-ci ildə Zəngəzuru və azərbaycanlıların çoxluq təşkil etdiyi digər əraziləri Ermənistana verən və yüz minlərlə etnik azərbaycanlının Ermənistandan deportasiyası haqqında irqçi sərəncam imzalayan Sovet İttifaqı, xüsusilə onun bədnam lideri İosif Stalin cəzasız qalıb. Eyni şəkildə 1987-1991-ci illərdə Ermənistan Sovet Sosialist Respublikasının öz azərbaycanlı əhalisinə qarşı törətdiyi əməllər hələ də üstü açılmamış qalır. Ermənistanda Azərbaycanın tarixi-mədəni irsi, o cümlədən məscid və qəbiristanlıqlar, toponimlər dəyişdirilib, azərbaycanlılara qarşı sistemli şəkildə irqi ayrı-seçkilik həyata keçirilib. Bu azmış kimi, azərbaycanlılara qarşı etnik təmizləmə və digər cinayətlərdə iştirak edənlər və onların vəhşilikləri Ermənistanda dövlət səviyyəsində tərənnüm edilir.

 

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

//foreignpolicyblogs.com/2023/12/12/the-plight-of-displaced-nations/

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir