“ATV kanalının canlı yayımında o yalnız məni təhqir etmədi. Şərəfsiz və tərbiyəsiz sözləriylə bütün xalqı aşağıladı”.
Bu sözləri
Modern.az-a saytına açıqlamasında xalq artisti Nazpəri Dostəliyeva həmkarı İlhamə Quliyevanı məhkəməyə verməsini şərh edərkən səsləndirib. N.Dostəliyeva bildirib ki, İlhamə Quliyevanın işlətdiyi həmin sözlərə görə məhkəməyə müraciət edib:
“100 min manatlıq təzminat tələb edirəm. Buna görə də məhkəməyə müraciət etmişəm. Qərar məni qane etməsə, növbəti instansiya məhkəmələrinə də müraciət edəcəyəm”.
Xatırladaq ki, İ.Quliyeva ATV-nin efirində N.Dostəliyevaya xitabən “mən yemirəm, yedizdirirəm” demişdi.
İntiqam Valehoğlu