Modern.az

Kim harda yaşamaq İSTƏR…

Aktual

19 Yanvar 2024, 09:08

“World of Statistics”dən götürmüşəm bu maraqlı faktı.

 

Oturub tək-tək incələdim, incələdikcə heyrətləndim, bəzi seçimlərə isə təəccübləndim.

 

Məsələn, nə üçün doğulduğu andan etibarən gecə-gündüz, durmadan, usanmadan Amerika və amerikalılara olmazın təhqirini edən, ağıza alınmayacaq söyüşlər söyən, nüvə silahı ilə hədələyən ruslar ABŞ-a köçmək istəsinlər?

 

Nə üçün rifah səviyyəsinə görə Dünyanın ən mürəffəh xalqı olan hollandlar İspaniyaya üz tutmaq istəsinlər?

 

Nə üçün İspaniya yaşamaq üçün bu qədər arzu olunan ölkədir? Nədir bunun sirri?

 

Nədən Kanada bu qədər istənilən ölkə olduğu halda kanadalılar özləri Yaponiyanı, yaponlar İngiltərəni, ingilislər isə fransızları sevmədikləri halda Kanadanı xəyal etsinlər?...

 

Bu sualları uzatmaq da olar. Ancaq razılaşın ki, sualların çoxu ritorikdir, bir neçə faktörü diqqətə alaraq onları cavablamaq üçün xüsusi araşdırmaya ehtiyac yoxdur.

 

Buna sözüm yoxdur.

 

Mənim üçün müəmma rusların tərcihidir, anlamadığım şey onların heç bir qəlibə sığmayan korşalmış dar məntiqləridir.

 

Sizcə sorğuda azərbaycanlılar da iştirak etsəydilər hansı ölkəni seçərdilər?...

 

amerikalılar -> Yaponiya

 

ruslar -> ABŞ

 

meksikanlar -> Kanada

 

braziliyalılar -> Portuqaliya

 

portuqallar -> Niderland

 

hollandlar -> İspaniya

 

ispanlar -> Franca

 

fransızlar -> Kanada

 

kanadalılar -> Yaponiya

 

yaponlar -> İngilətərə

 

indoneziyalılar -> Yaponiya

 

taylar -> Yaponiya

 

ingilislər -> Kanada

 

argentinalılar -> İspaniya

 

çililər -> İspaniya

 

perulular -> İspaniya

 

kolumbiyalılar -> İspaniya

 

ekvadorlular -> İspaniya

 

hindlilər -> Kanada

 

pakistanlılar -> Kanada

 

türklər -> Almaniya

 

ukraynalılar -> Polşa

 

polyaklar -> Almaniya

 

almanlar -> İsveçrə

 

norveçlilər -> ABŞ

 

isveçlilər -> İspaniya

 

finlandlar -> İspaniya

 

belçikalılar -> Kanada

 

irlandlar -> Kanada

 

italyanlar -> İsveçrə

 

yunanlar -> Almaniya

 

səudiyyəlilər -> Qatar

 

qatarlılar -> Kanada

 

misirlilər -> Oman

 

cənubi afrikalılar -> Kanada

 

nigeriyalılar -> Kanada

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü