Modern.az

Yazıçılar Birliyi prezidentliyə namizədlərə çağırış edib

Yazıçılar Birliyi prezidentliyə namizədlərə çağırış edib

Ədəbi̇yyat

30 Sentyabr 2013, 17:08

Bu gün Azərbaycan Yazıçılar Birliyinin Katibliyinin iclası keçirilib.  Qurumun mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlunun Modern.az-a verdiyi məlumata əsasən iclasda əsasən prezident seçkiləri və orda iştirak edən namizədlər dəyərləndirilib.

Modern.az-a açıqlama verən Birliyin mətbuat katibi Ədalət Əsgəroğlu teledebatlarda yaşanan olaylarla bağlı ziyalı çağırışı etdiklərini bildirib. “Düzdü, AYB-in hələ ki, qurultayının dəqiq vaxtı bilinmir. Amma bu gün katibliyin iclası keçirildi. İclasın keçrilməsində məqsəd namizədlərin debatlardakı hərəkətlərinə qarşı çıxmaq və onlara ziyalı çağırışı etmək idi“.

Iclas iştirakçıları prezident İlham Əliyevi dəstəklədiklərini bəyan edərək, ədəbi ictimaiyyəti ona səs verməyə çağırıblar.

 

Elmin Nuri

                         

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü