Modern.az

Səsə həsrət torpaqlarda SƏS ucaldı!

Aktual

8 Fevral 2024, 17:08

Dünən Azərbaycan xalqı daha bir imtahandan üzü ağ çıxdı.

Xalqımız yekdilliklə, hamı bir nəfər kimi, toy-bayram əhval-ruhiyyəsində səsvermə məntəqələrinə axışdı.

Bu seçki Müstəqilliyimiz dövründə keçirilən heç bir seçkiyə bənzəmədi.

Bu seçki tarixi qədim və qüdrətli Azərbaycan torpaqlarının nəzarətimizdə olan hər bir guşəsində keçirildi. 30 il seçici səsinə həsrət qalmış torpaqlarımızda SƏS ucaldı. Səsə həsrət torpaqlarımızda SƏS var idi.

Sinoptiklər bu günlərdə havaların sərt, küləkli və soyuq keçəcəyini demişdilər.

Lakin Tanrı sevdiyini hər məqamda xilas edər. 15 oktyabr 2023-cü ildə olduğu kimi, bu gün də Azərbaycanın hər yerində heç vaxt sönməyəcək həm Qələbə, İnam, Zəfər günəşi parladı.

Xankəndidə, Kəlbəcərdə, Laçında, Xocalıda, Füzulidə, Şuşada verilən səslər mübarək!

Məqam kutlu olsun!

Azərbaycan xalqı öz doğru seçimini etdi!

Dünyadakı bütün Azərbaycanlıların Prezidenti! Möhtərəm İlham Heydər oğlu Əliyev xalq Sizə inandı, Sizi seçdi!

Siz bu gün yenə də xalq məhəbbətinin sonsuzluğunu gördünüz.

Sizinlə bir olmağı bacaran Azərbaycan xalqı çox bəxtiyardır!


Biz bundan sonra əl-ələ verərək, Yeni Azərbaycan qurmaq üçün hər birimiz sizin yanınızda olmağa borcluyuq!

“İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar Birliyinin sədri kimi, öz adımdan, mənimlə eyni ruhun daşıyıcıları olan türk sevdalısı dostlarım, doğmalarım və türk dünyasını sevən, Azərbaycanı sevən dostlarım adından Sizi əmin edirəm ki, Azərbaycanın inkişafı, Zəngəzura gedən yolumuzun İpək Yolu kimi zəngin olması üçün əlimizdən gələni edəcəyik!

Hər zaman dövlətimizin yanında olmağımız şərəf borcumuzdur!

Sizin bu gün qazandığınız birmənalı şanlı nailiyyətinizdə şəhidlərimizin və qazilərimizin də haqqı vardır! Şəhidlərimizin ruhu şad olsun!

Siz Ali Baş Komandan kimi hər zaman onların ruhu qarşısında baş əydiniz, Vətən yolunda canından keçənlərə rəğbət və məhəbbət göstərdiniz!

Sizin rəhbərliyiniz ilə Tanrı Yeni Azərbaycanı qorusun!

Zəngəzura gedən yollar İpək Yolu kimi olsun!


Bakı, 8 fevral 2024-cü il
 

Aida Eyvazlı GÖYTÜRK
“İpək Yolu” Mədəni və Tarixi
Araşdırmalar İctimai Birliyinin sədri

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir