Modern.az

Bu problemlər Asiya regionuna mənfi təsir göstərir - Sahibə Qafarova 

Bu problemlər Asiya regionuna mənfi təsir göstərir - Sahibə Qafarova 

Parlament

22 Fevral 2024, 10:40

“Asiya Parlament Assambleyasının 14-cü Plenar Sessiyası münasibətilə Sizi Azərbaycanda salamlamaqdan böyük məmnunluq və şərəf duyuram. Bu gün Azərbaycan Respublikasının Milli Məclisi növbəti iki il üçün Asiya Parlament Assambleyasına sədrlik edəcək. Parlamentimizin namizədliyini dəstəklədikləri üçün Assambleyaya üzv olan bütün parlamentlərə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu, bizim üçün böyük qürurverici hadisədir”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında bildirib. 

 

Sədr bildirib ki, qardaş Türkiyə parlamentinin sədri cənab Numan Kurtulmuşdan sədrliyi təhvil almaq xüsusilə sevindirici haldır:

 

“Cənab Kurtulmuşa və Türkiyə Böyük Millət Məclisinə başqanlıq dövründə göstərdikləri öhdəliyə görə hamımız adından təşəkkür edirəm. Son 6 ildə görülən böyük işlər Assambleyamızın və parlamentlərarası əməkdaşlığın inkişafı üçün çox mühüm hesab olunur. Mən həmçinin Asiya Parlament Assambleyasının Baş katibi cənab Məhəmməd Rza Məcidiyə göstərdiyi davamlı səylərə və Katibliyin səmərəli idarəçiliyinə görə təşəkkürümü bildirmək istəyirəm”.

 

Spiker çıxışı zamanı humanitar böhranların münaqişə, yoxsulluq, iqlim dəyişikliyi, ayrı-seçkiliyin artmasını, irqçilik və islamofobiya kimi günümüzün aktual problemlərinin Asiya regionuna mənfi təsir göstərdiyini bildirib:

 

Etiraf etmək lazımdır ki, bütün bu çağırışları tək- tək yox, yalnız birgə səylərlə həll etmək olar. Bu, regionumuzda sülh, təhlükəsizlik, sabitlik və davamlı inkişafa da aiddir.


Müxtəlif sahələrdə əldə olunan nailiyyətlər inanıram ki, regionumuzda bu problemləri həll etmək üçün yaxşı nümunə olacaq.

 

Asiyanın əməkdaşlıq, dialoq və həmrəylik baxımından təklif edəcəyi çox şey var. Bu mənada Asiya Parlament Assambleyası bu məqsədlər üçün mühüm çoxtərəfli platformadır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok