Modern.az

Qızılcaya görə məktəblərin bağlanması gündəmdə deyil - NAZİR

Qızılcaya görə məktəblərin bağlanması gündəmdə deyil - NAZİR

29 Fevral 2024, 15:12

Ümumi təhsil müəssisələrində qızılca xəstəliyinə yoluxma kütləvi xarakter daşımır və məktəblərin bağlanması gündəmdə deyil.

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

 

"Valideynlərə hər zaman məsləhət görülür ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda, tam sağalanadək digər uşaqlarla yaxın təmasda olmasınlar. Övladlarınızın peyvənd olunmasını tövsiyə edirik"- o deyib.

 

Nazir bildirib ki, son aylar ərzində ümumi təhsil müəssisələrində qızılca xəstəliyinə yoluxma ciddi izlənilir.

 

“Biz tədris prosesini dayandırmaqla uşaqları təhsildən kəsmiş olacağıq. Hazırda müşahidə olunan hallar 7-10 il əvvəl aparılmayan peyvəndlənmənin nəticəsidir. Valideynlərin övladlarını müvafiq səhiyyə qurumlarının reqlamentləri əsasında peyvəndləməyə aparması lazımdır. Əks halda belə xoşagəlməz hallar davam edəcək. Qızılca yoluxusu xəstəlikdir, peyvənd yolxumanın qarşısını alır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir