Modern.az

4:1 hesablı məğlubiyyət ədalətli nəticə deyil - Baş məşqçi

4:1 hesablı məğlubiyyət ədalətli nəticə deyil - Baş məşqçi

İdman

3 Mart 2024, 23:42

"Çox maraqlı oyun alındı".

 

Modern.az xəbər verir ki, bu sözləri "Neftçi" komandasının baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Premyer Liqasının XXV turunda "Qarabağ"a 1:4 hesabı ilə məğlub olduqları görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.

 

O, komandasının birinci hissədə yaxşı mübarizə apardığını bildirib: "Təəssüf ki, "Qarabağ" kimi komandaya qarşı səhv etmək olmaz. Əlimizdən gələni etməyə çalışdıq. Heç kim bu cür qollar buraxacağımızı gözləmirdi. Düşünürəm ki, 4:1 hesablı məğlubiyyət ədalətli nəticə deyildi".

 

Onun sözlərinə görə, bu matçdakı ab-havanın Azərbaycan Premyer Liqasının oyunlarında nadir hallarda göründüyünü söyləyib: "Özünüz də gördünüz ki, meydanda sonadək mübarizə getdi. Hər iki komanda üç xal üçün çalışırdı. Təəssüf ki, alınmadı".

 

Monteneqrolu mütəxəssis bu mövsümkü hədəflərinin ölkə çempionatını ikinci yerdə bitirmək olduğunu deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır