Modern.az

“Sabah”da yeni baş məşqçi təyinatı

“Sabah”da yeni baş məşqçi təyinatı

İdman

5 Mart 2024, 11:14

Futbol üzrə Misli Premyer Liqa təmsilçisi “Sabah”da yeni baş məşqçi təyinatı rəsmiləşib.

 

Modern.az xəbər verir ki, xorvatiyalı məşqçi Krunoslav Renduliçlə 1,5 illik müqavilə bağlanıb.

 

Renduliç məşqçi karyerası ərzində İranın “Fulad” (2014-2016) və bu ölkənin əsas milli komandasında (2022) köməkçi məşqçi, həmçinin Xorvatiyanın “İstra 1961” (2018/19), “Şibenik” (2019-2021), “Qoritsa” (2021-2022), Bosniya və Herseqovinanın “Zrinski” (2022-2023) klublarında baş məşqçi kimi çalışıb.

 

Xorvatiyalı məşqçi “Zrinski” ilə Bosniya və Herseqovina çempionu və kubokunu qazanıb (2022/2023), bu klubu UEFA Konfrans Liqasının qrup mərhələsinə çıxarıb (2023/2024).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!