Modern.az

Birinci siniflərə qeydiyyat nə vaxt başlayır? - AÇIQLAMA

Birinci siniflərə qeydiyyat nə vaxt başlayır? - AÇIQLAMA

6 Mart 2024, 12:36

“2024-2025-ci tədris ili üzrə birinci siniflərə elektron qeydiyyata cari ilin may ayında start verilməsi planlaşdırılır”


Modern.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə dövlət Agentliyinin direktoru Eşqi Bağırov brifinq zamanı deyib.

 

O bildirib ki, Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin müəyyən edilmiş mikroərazisi bu il 15 yanvar tarixindən etibarən ilk dəfə vətəndaşlara təqdim olunub.

 

“Valideynlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi saytına daxil olaraq məktəblərin ünvanları və həmin məktəblərin ərazisi hesab olunan ünvanların siyahısı ilə tanış ola bilərlər”, - Eşqi Bağırov qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir