Modern.az

Bakıda məktəb avtobusları tətbiq ediləcək? - AÇIQLAMA

Bakıda məktəb avtobusları tətbiq ediləcək? - AÇIQLAMA

Aktual

11 Mart 2024, 10:42

Bakıda bir il ərzində nəqliyyat vasitələri ilə təxminən 2 milyard səfər edilib. 


Modern.az xəbər verir ki, bunu Yerüstü Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Anar Rzayev Milli Məclisdə keçirilən “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda dinləmədə deyib. 

 

“Bu səfərlərin 52 faizi də fərdi avtomobillərin və taksilərin payına düşür. Bundan səfərlərin yalnız 28 faizi ictimai nəqliyyatın payına düşür. 2025-ci ilin sonuna qədər ictimai nəqliyyatın payının 41 faizə çatdırılması məqsəd kimi qarşıya qoyulub”, - deyə o bildirib.

 

Anar Rzayev diqqətə çatdırıb ki, məktəb avtobuslarının tətbiqi çox müzakirə olunurdu, amma hazırda bunun tətbiqi çox çətindir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir