Modern.az

Kobaxidze Gürcüstan müsəlmanlarına məscid və maliyyə vəd edib

Kobaxidze Gürcüstan müsəlmanlarına məscid və maliyyə vəd edib

Dünya

29 Mart 2024, 11:18

"Gürcüstan hökuməti 237 məscidi müsəlman icmasının mülkiyyətinə verib".

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu baş nazir İrakli Kobaxidze bildirib.

 

Qeyd olunub ki, daha 20 məscidin verilməsi də gündəmdədir. Baş nazir mövzu ilə bağlı hökumət administrasiyası tərəfindən müsəlman icmasının nümayəndələri və din xadimləri üçün təşkil olunan iftar məclisində danışıb.

 

“Gürcüstan nadir ölkədir ki, burada gürcü və azərbaycanlı müsəlmanlar, şiələr və sünnilər eyni məsciddə namaz qılırlar. Bu dinc yanaşı yaşamaq və qardaşlıq ənənəsi bizim üçün çox əzizdir və biz bunu əməllərimizlə sübut edirik”, - deyə Kobaxidze bildirib.

 

O, həmçinin vəd edib ki, “iqtisadiyyat böyüdükcə” müsəlman icması üçün maliyyə vəsaiti artacaq. İndi bu, ildə 4,1 milyon lari təşkil edir.

 

Rəsmi statistikaya görə, Gürcüstanda 400 minə yaxın müsəlman yaşayır, yəni ölkə əhalisinin təxminən 9%-i islam dininə etiqad edir. Bu rəqəmin təxminən üçdə biri Acarıstan muxtariyyətində yaşayır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir