Modern.az

Azərbaycandakı mal-qaranın sayı açıqlandı

Azərbaycandakı mal-qaranın sayı açıqlandı

Aktual

16 Aprel 2024, 09:18

2024-cü il aprelin 1-i vəziyyətinə ölkə üzrə 7206,0 min baş qoyun və keçi, 2512,8 min baş iribuynuzlu mal-qara, o cümlədən 1238,8 min baş inək və camış, 4965,0 baş donuz mövcud olub.

Bu barədə Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.

Məlumata görə, iribuynuzlu mal-qaranın 49,3 faizini inək və camışlar təşkil edir.

Cari ilin yanvar-mart aylarında quşçuluq müəssisələrində diri çəkidə 20,9 min ton (keçən il 23,5 min ton) quş əti və 296,6 milyon ədəd (keçən il 269,4 milyon ədəd) yumurta istehsal olunub.
Ümumilikdə bu müəssisələr üzrə cəmi quşların sayı 10607,5 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 73 ədəd yumurta alınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ