Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrini bu gün açıqlayıb.
Modern.az-ın məlumatına görə, imtahan iştirakçıları arasında 39 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
300 bal toplayan şagirdlərdən biri Bakı şəhəri, Nizami rayonu, 62 saylı məktəb-liseydə təhsil alır.
Modern.az saytı yuxarıda 62 məktəb-liseyin maksimum bal toplamış XI sinif şagirdi Rəsul Təbib oglu Həsənlinin fotosunu təqdim edib.