Modern.az

Misir Ermənistanla Azərbaycana çağırış etdi

Misir Ermənistanla Azərbaycana çağırış etdi

Aktual

24 Aprel 2024, 11:25

Misir Ermənistan və Azərbaycan arasında dörd kəndin qaytarılması və sərhədlərin demarkasiya prosesinə başlanılmasına dair əldə olunmuş razılaşmanı alqışlayıb.

Modern.az xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyinin açıqlamasında bildkirilib.

Nazirlik razılaşmanın müsbət irəliləyiş və iki ölkə arasında sərhədlərin demarkasiyası səylərinin kulminasiyası adlandırıb.

Misir hər iki tərəfi sülh sazişinin əldə olunması üçün etimadı artıran addımlar atmağa çağırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi