Modern.az

Estoniya və Danimarka 2 patrul katerini Ukraynaya verir

Estoniya və Danimarka 2 patrul katerini Ukraynaya verir

Dünya

26 Aprel 2024, 17:44

Estoniya və Danimarka 2 patrul katerini Ukraynaya təhvil verir.

 

Modern.az NEXTA-ya istinadən xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyinin açıqlaması yayılıb.

 

“Bu cür yardım Ukraynaya həyati əhəmiyyət kəsb edən gəmiçilik zolaqlarının təhlükəsizliyini təmin etməyə və Rusiyanın təcavüzünü dayandırmaq üçün sularını qorumağa kömək edir”, - deyə qeyd olunub.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı