Modern.az

Hərbçimiz Kəlbəcərdə HƏLAK OLDU - Yaralılar var

Hərbçimiz Kəlbəcərdə HƏLAK OLDU - Yaralılar var

Hadisə

3 May 2024, 16:22

Müdafiə Nazirliyi Kəlbəcərdə baş verən qəza barədə məlumat yayıb.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, mayın 3-də Kəlbəcər rayonu ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçumuz Əhmədov Fuad Cəlal oğlu vəfat edib.

 

Qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilən digər hərbi qulluqçularımız həkimlərimizin nəzarəti altındadır.

 

"Xidmətdən kənarda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır", - açıqlamada deyilir.

 

***

13:40

Kəlbəcərdə ağır yol-nəqliyyat hadisəsi baş verib. 

 

Modern.az "oxu.az"a istinadən xəbər verir ki,  hadisə rayonun Qozlukörpü kəndi ərazisində baş verib. 

 

Belə ki, VAZ-2115 markalı avtomobil ilə DAF markalı yük maşını toqquşub. 

 

Hadisə nəticəsində minik avtomobilində olan beş nəfər xəsarət alıb. Onların hərbçi olduğu bildirilir. Yaralılar hospitala yerləşdiriliblər. 


Faktla bağlı araşdırma aparılır. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi