Modern.az

Yol qəzasında ölənlərin sayı 20-yə çatdı

Yol qəzasında ölənlərin sayı 20-yə çatdı

Dünya

3 May 2024, 23:43

Pakistanın Gilgit-Baltistan bölgəsində dağlıq ərazidə turist avtobusunun qəzaya uğraması nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, xilasetmə əməliyyatına cəlb olunan Pakistan ordusu yaralıları sıldırımlı ərazidən çıxarmaq üçün helikopterlərdən istifadə edib. Qəzanın səbəbi hələlik məlum deyil, faktla bağlı təhqiqat başlayıb.

 

Qeyd edək ki, Pakistanda təhlükəsizlik qaydalarına əməl olunmaması və yol infrastrukturunun vəziyyəti tez-tez ağır yol-nəqliyyat hadisələrinə səbəb olur. Rəsmi məlumatlara görə, ölkədə hər il avtomobil qəzaları nəticəsində minlərlə insan həyatını itirir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi